Nazirdən onlayn qiymətləndirmə zamanı şişirdilmiş qiymət yazan müəllimlərə XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
“Pandemiya dövründə onlayn qiymətləndirmə zamanı yüksək bal verən şəxslər şagirdlərin gələcəyini yaxşılaşdırmır. Bu məqam öz-özünü aldatmaqdır”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları “Facebook” səhifəsində cavablandırarkən deyib.
O bildirib ki, qiymətləndirmənin mahiyyəti və məqsədi şagirdin summativ vərəqində yazılan qiymət deyil:
“Bu qiymətləndirmə təhsil verən tərəfdən təhsil alana geri qayıdış deməkdir. Bəzən şagird o qədər hazırlıqlı olmur, amma onlayn qiymətləndirmə zamanı onun qiyməti yüksək olur. Təbii ki, məqsədimiz təhsilin yüksək olmasıdır.
Odur ki, summativ qiymətləndirmələr, eləcə də məktəbdaxili qiymətləndirmələrlə bağlı növbəti tədris ilində hansısa dəyişikliklərə getmək olar. Qiymətləndirmə zamanı valideynlərin də, müəllimlərin də bu məqamı nəzərə almaları yaxşı olardı”.
Oxşar xəbərlər
Spiker təhsil qanunvericiliyin təkmilləşməsi ilə bağlı hökumət nümayəndələrini topladı
“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədi ilə yaradılmış işçi qrupunun videokonfrans formatında görüşü keçirilib. BAKU.WS xəbər verir ki, bu...