Nazir yüksəkvəzifəli şəxsi işdən çıxardı
24
noy
2025
16:45
Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nın direktoru Fəda Abbasov vəzifəsindən azad edilib.
Oxu.Az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov əmr imzalayıb.
Məlumata görə, Fəda Abbasov işdən çıxmaq haqqında özü ərizə ilə müraciət edib.
Qeyd edək ki, "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC 2018-ci ildə yaradılıb və nizamnamə kapitalı 5 000 manatdır.
Fotoda Fəda Abbasov
Oxşar xəbərlər
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
Erkən evlilik təkcə qanun pozuntusu deyil, bir uşağın gələcəyinin əlindən alınması deməkdir. BAKU.WS xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə D...