Nazir: Onkoloji xəstəliklər regionda ölüm hallarının əsas səbəblərindən biridir

Nazir: Onkoloji xəstəliklər regionda ölüm hallarının əsas səbəblərindən biridir
Sosial 63

Onkoloji xəstəliklər regionda ölüm hallarının əsas səbəblərindən biri olaraq qalır.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev beynəlxalq əczaçılıq şirkəti olan "Pfizer"in Qafqaz, Mərkəzi Asiya və Monqolustan bölgəsini əhatə edən regional nümayəndə heyəti ilə görüşdə deyib.

Nazir infeksion xəstəliklərin profilaktikasının və sosial əhəmiyyətli xəstəliklərin effektiv müalicəsinin milli səhiyyə sistemləri üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

Bildirilib ki, pnevmokok infeksiyası uşaqlar və yaşlı əhali qrupları arasında qarşısı alına bilinən xəstəliklər sırasında mühüm yer tutur.

Bu kontekstdə tərəflər pasiyentlərin müasir və innovativ müalicə üsullarına çıxış imkanlarının genişləndirilməsi onların həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətli olduğunu bildiriblər.

Görüşdə səhiyyə sahəsində mümkün əməkdaşlıq istiqamətləri, o cümlədən pnevmokok infeksiyasının profilaktikası, prioritet əhali qruplarında pnevmokok vaksinasiyasının əhatə dairəsinin genişləndirilməsi, mövcud epidemioloji göstəricilər və xəstəlik yükü, eləcə də onkoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müalicə keyfiyyətinin yüksəldilməsi istiqamətində müzakirələr aparılıb. Gələcəkdə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər