Nazir: "Bu aydan müəllimlərin 25%-dən çoxu 1000 manat və daha yuxarı əməkhaqqı alacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 1-dən etibarən dövlət ümumtəhsil müəssisələrində çalışan 25%-dən çox müəllim 1 000 manat və daha yuxarı əməkhaqqı alacaq.
BAKU.WS xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, son 10 ildə (2014-2023-cü illər) müəllimlərin orta aylıq əməkhaqqı məbləği təxminən 3 dəfə artıb:
"Həmin müddət ərzində əməkhaqları 267 manatdan 790 manata qədər artıb".
O bildirib ki, 29 573 nəfər müəllim 500 manata qədər, 67 499-u 500-1000 manat, 29 423-ü 1000-1500, 3 103-ü 1500-2000, 216-sı 2000 manat və daha artıq əməkhaqqı alacaq.
Oxşar xəbərlər
Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişdi - SİYAHI
Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı “Sağlamlıq imkanları...