Naxçıvanda yolların təmiri ilə bağlı layihələndirmə işləri aparılır
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasında 26 yaşayış məntəqəsini əhatə edən 420 kilometr avtomobil yolunun əsaslı təmir edilməsi ilə bağlı layihələndirmə işləri aparılır.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Əli İbrahimbəyli bildirib.
Onun sözlərinə görə, bu mərhələ başa çatdıqdan sonra tender keçiriləcək və proses uğurla tamamlandıqdan sonra yollarda təmirə başlanılacaq. Təmir işləri Prezident İlham Əliyevin bu il avqustun 12-də imzaladığı "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncama əsasən aparılacaq.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...