Naxçıvanda "Şəhidlər bağı" salınacaq
Naxçıvan şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zəfər Günü ərəfəsində "Şəhidlər bağı"nın salınması nəzərdə tutulub.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova jurnalistlərə müsahibəsində bildirib.
Qeyd edilir ki, bağ şəhidlərin adını əbədiləşdirmək üçün salınacaq və hər birinin üzərində QR kodlar yerləşdiriləcək.
Bu QR kodlar vasitəsilə də Naxçıvandan olan şəhidlər haqqında məlumat əldə etmək mümkün olacaq. "Şəhidlər bağı"nın salınması ilə bağlı şəhid ailələri ilə razılıq əldə edilib və hər rayon üzrə ağacların əkiləcəyi sahələr müəyyənləşdilib.
Oxşar xəbərlər
Maaş artımından sonra qiymətlər BAHALAŞACAQMI? - Komitə üzvü danışdı
"Əməkhaqqı artımlarının əhalinin real gəlirlərinə təsir göstərməsi üçün süni qiymət artımlarının qarşısının alınması vacibdir". Bunu BAKU.WS-ə açıqlamasında Mil...