Naxçıvanda İrandan Türkiyəyə yük aparan maşında xeyli psixotrop dərman aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına "PVC" yükü aparan yük nəqliyyat vasitəsinə daxil olmuş əməliyyat məlumat əsasında gömrük baxışı keçirilib.
BAKU.WS idarəyə istinadən xəbər verir ki, baxış zamanı nəqliyyat vasitəsinin müxtəlif gizli saxlanc yerlərindən təsiredici maddəsinin miqdarı 6436,125 qram olan 28605 həbdən ibarət "Tramadol hidroxlorid" tərkibli dərman preparatları aşkar edilib.
Qeyd edək ki, "Tramadol" "Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...