Naxçıvan sakinləri üçün VACİB XƏBƏR - Gələn ildən..
Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əməkhaqları və sosial ödənişlərin tam nağdsız qaydada icrası üçün bank xidmətlərinin satın alınmasını nəzərdə tutulur.
BAKU.WS-in məlumtına görə, layihə çərçivəsində illik ümumilikdə 435 milyon manat məbləğində vəsaitin bank kartlarına köçürülməsi planlaşdırılır.
Bunun 420 milyon manatı sosial ödənişlərin, 15 milyon manatı isə əməkhaqlarının payına düşür. Bu köçürmələr üzrə bank xidmətlərinin satın alınması üçün ehtimal olunan ümumi xərc 2 milyon 337 min 500 manat müəyyən edilib.
Qeyd edək ki, məqsəd əməkhaqları və sosial müavinətlərin vətəndaşlara bank kartları vasitəsilə operativ, şəffaf və təhlükəsiz şəkildə çatdırılmasını təmin edəcək bank xidmətlərinin seçilməsidir.
Oxşar xəbərlər
Bakıda tıxac olan yollar açıqlanıb
Bakının bir sıra yollarında tıxac yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollard...