Naxçıvan polisinə yeni avtomobillər verildi
06
yan
2025
17:55
Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir.
BAKU.WS Naxçıvan DİN-in məlumatına istinadən xəbər verir ki, muxtar respublikanın polis orqanlarına yeni avtomobillər təqdim edilib.
Müasir texnologiyalarla təchiz edilmiş "KIA Sportage", "KIA Optima", BMW markalı avtomobillər ictimai təhlükəsizliyin etibarlı qorunması, gündəlik fəaliyyətdə operativliyin artırılması üçün şəxsi heyətin xidməti istifadəsinə verilib.
Oxşar xəbərlər
10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir?
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən beşmərtəbəli binanın zirzəmisinə kanalizasiya suları dolur. BAKU.WS xəbər verir ki, Baku...