Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisinin həbs müddəti yenidən uzadılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddəti yenidən uzadılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub.
Qərara əsasən, T.Həsənovun həbs müddəti daha 2 ay artırılıb.
Qeyd edək ki, general-mayoru T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.
Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.
Oxşar xəbərlər
Yüksək vəzifəli məmurların ən böyük mənimsəmə FAKTLARI – ARAŞDIRMA
Ölkəmizdə zaman-zaman xüsusi xidmət orqanları tərəfindən yüksək ranqlı məmur həbslərinə şahidlik edirik. Ələlxüsus da, son dövrlərdə mənimsəmə, rüşvətalma kimi...