Naxçıvanda yüksək vəzifəyə sədr seçilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasına yeni sədr seçilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, federasiyanın yığıncağı keçirilib.
Yığıncağın gündəliyinə daxil edilmiş məsələlər federasiyanın fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.
İclasda federasiya sədrinin seçilməsi məsələsinə baxılıb.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin federasiyanın sədrliyinə namizədliyi irəli sürülüb.
Təklif yekdilliklə qəbul olunub və Qəzənfər Abdullayev Naxçıvanın Futbol Federasiyasının sədri seçilib.
Qeyd edək ki, bundan əvvəl Federasiyanın sədri Vüqar Abbasov olub.
Qalereya
Oxşar xəbərlər
Naxçıvan MR-in Tibb Müəssisələrinin İdarəetmə Birliyi publik hüquqi şəxs yaradılıb
“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs yaradılıb. "Report"un Naxçıvan bürosunun məlumatına görə, bu barədə...