Naxçıvanda uçma təhlükəsi olan qaya parçası partladılıb - FOTO
Naxçıvanda uçma təhlükəsi olan qaya parçası partladılıb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi verilən məlumata görə, Cəhri-Buzqov avtomobil yolunun 18-20-ci kilometrlik hissəsində qaya uçqunu təhlükəsi tamamilə aradan qaldırılıb.
Bir neçə gün əvvəl baş verən uçqun zamanı yolun hərəkət hissəsinə qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub. Yaranan problem aradan qaldırılsa da, yolun yuxarı hissəsindəki iri qaya parçası təhlükə yaratdığından texnika vasitəsi ilə onu yoldan kənarlaşdırmaq mümkün olmayıb.
Bu gün qaya parçası partladıldıqdan sonra Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən yolun tam olaraq təmizlənməsi təmin olunub.
Qalereya
Oxşar xəbərlər
Naxçıvanda avtomobil yolunda uçqun olub - FOTO/VİDEO
Naxçıvan Muxtar Respublikasında Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verib. Bununla bağlı “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi...