Naxçıvanda İşsizlikdən Sığorta Fondunun gəlirləri 51 % artıb
Ötən il Naxçıvan Muxtar Respublikasında İşsizlikdən Sığorta Fondunun gəlirləri 5,1 milyon manat, xərcləri isə 2,1 milyon manat təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Muxtar Respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov qurumun 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.
"Fondun gəlirləri ümumi proqnozdan təqribən 10 % və ya 400 min manat, 2022-ci illə müqayisədə isə 51 % çox olub. Ötən ilin əvvəlinə Əmək və Məşğulluq Altsistemində (ƏMAS) qeydiyyatda olan işsiz və işaxtaranların sayı 394, ilin sonunda isə 6 187 (990 işsiz) nəfər olub", - deyə nazir əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanın sığorta sektoru: Ötən ilə baxış, cari ildən gözləntilər
2023-cü il Azərbaycanın sığorta sektoru üçün yaddaqalan il oldu. Başlayaq ondan ki, “Sığorta fəaliyyəti haqqında” qanun il ərzində bir neçə dəfə dəyişdi. Bununl...