Naxçıvan-Bakı-Naxçıvan avtobusunun fəaliyyəti bərpa edilir

Naxçıvan-Bakı-Naxçıvan avtobusunun fəaliyyəti bərpa edilir
Sosial 262

Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək. Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində 4 avtobus xidmət göstərəcək.

Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər