"Nargis" Fondu Beyləqanda yardım aksiyası təşkil etdi
Ramazan bayramı ərəfəsində "Nargis" Fondu, "Bank Respublika" və "Coca-Cola" şirkətlərinin sponsor dəstəyi, eləcə də Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Beyləqan şəhəri və ətraf kəndlərdə yaşayan 141 şəhid ailəsinə bayram sovqatları təqdim olunmuşdur.
Layihə çərçivəsində ailələr üçün gündəlik tələbatı qarşılayan ərzaq məhsullarından ibarət sovqat qutuları hazırlanaraq ünvanlara çatdırılmışdır. Bu təşəbbüs şəhid ailələrinə diqqət və qayğının göstərilməsi, onlara bayram sevincinin bəxş edilməsi məqsədi daşıyır.
Sovqat qutularına daxil olan məhsullar: çay, günəbaxan yağı, şəkər, bulgur, qarabaşaq, yumru düyü, qırmızı mərcimək, süfrə duzu, xörək duzu, un, kəllə qənd, tomat pastası, xurma, bütöv toyuq, uzun düyü, makaron (qələm/penne), makaron (spagetti), makaron (bukle), kərə yağı 1 kg-lıq və kərə yağı 180 qr-lıq.
"Nargis" Fondu tərəfindən sosial dəstək və xeyriyyə təşəbbüslərini hər il davamlı şəkildə həyata keçirir. Bu istiqamətdə cari ilin Ramazan ayı ərzində də Bakı və Bakı ətrafı kəndlərdə yaşayan aztəminatlı ailələrə yardım sovqatları təqdim edilmişdir.
Bütün Azərbaycan xalqını, o cümlədən Beyləqan rayonunun sakinlərini qarşıdan gələn bayram münasibətilə səmimi qəlbdən təbrik edir, hər kəsə sağlamlıq, rifah və bərəkət arzulayırıq.
Oxşar xəbərlər
AZAL: Bakıdan Naxçıvana iki reys ləğv edilib
Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293 və...