Nardaranın girişində beton plitələr düzülür (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
Nardaran qəsəbəsinin girişində beton plitələr düzülür. BAKU.WS-in report saytına istinadən verdiyi məlumata görə, yalnız qəsəbəyə giriş üçün yer saxlanılacaq. Hazırda Nardarana daxil olanlar yoxlanıldıqdan sonra qəsəbəyə buraxılır. Qeyd edək ki, dekabrın 1-də saat 08.00-dan qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir. BAKU.WS
Oxşar xəbərlər
Nardaranda polisə müqavimət göstərildi, bir nəfər güllələndi
Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı bir nəfər yaralanıb. BAKU.WS-in məlumatına görə, bu bar...