Narazı müəllimlərdən bir qisminin şikayəti təmin edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan və ötən müsahibələr zamanı uğur qazanmayan namizədlərin apelyasiya müraciətinin nəticələri məlum olub.
BAKU.WS Təhsil Nazirliyinə istinadən xəbər verir ki, apelyasiya müraciəti etmiş 96 namizəddən 42 nəfər uğur qazanıb.
Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müsahibələrdə iştirak edərək uğur qazanan namizədlər müddətli müqavilə ilə çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıblar.
Oxşar xəbərlər
Bu müəllimlərə yenidən şans verilir
Müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələrdə iştirakını təsdiq etməyən namizədlər üçün yenidən şans yaradılır. BAKU.WS Tə...