Nadir təbiət hadisəsi baş verir

Nadir təbiət hadisəsi baş verir
Sosial 339

Dünən axşam saatlarında Merkuri, Yupiter, Venera, Uran, Mars və Ay göydə qövs şəklində düzülüb, hətta bəziləri adi gözlə görünüb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu qeyri-adi təbiət hadisəsinə Yerdən görünməsi ən çətin planetlərdən biri olan Uran da daxil olub.

Bir neçə gün adi gözlə izlənilə bilən bu hadisə planetlərin paradı olaraq adlandırılır.

Dünən axşam gün batdıqdan sonra qeydə alınan təbiət hadisəsi açıq havada və şəhər işıqlarından uzaqda daha aydın izlənilib.

NASA-nın mütəxəssisi olan Bill Cookenin sözlərinə görə, planetlərin paradını görmək üçün Yerin hər hansı bir nöqtəsində gün batdıqdan dərhal sonra üfiqin qərbinə baxmaq lazımdır.

İngiltərədəki Qrinviç Kral Rəsədxanasından astronom Ceyk Foster isə bildirib ki, bu cür düzülüşlər bizim Yerdən səmaya olan baxış bucağımıza görədir:

“Bu planetlər həqiqətdə sıralanmış vəziyyətdə deyillər, Günəş sistemində dağınıq vəziyyətdədirlər. Lakin onlar səmada kifayət qədər yaxınlaşıblar ki, nadir hallarda da olsa, onları bir yerdə görə bilirik”.

Oxşar xəbərlər

Azərbaycana bu tarixdə payız fəsli daxil olacaq

Azərbaycana bu tarixdə payız fəsli daxil olacaq

Bu il payız fəsli Azərbaycana sentyabrın 23-də, Bakı vaxtilə saat 05:03-də daxil olacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tus...

206 Sosial 12:27 21 sentyabr 2022

Son xəbərlər