Muxtar Babayev: Azərbaycan COP29-un uğuru üçün digər ölkələrlə fəal qarşılıqlı fəaliyyət göstərir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi seçildiyi gündən digər ölkələr və maraqlı tərəflərlə fəal qarşılıqlı əlaqələr qurub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 ərəfəsində iqlim davamlılığı və Xəzər dənizi üçün elm və biznesin sinerjisinə həsr olunmuş “Caspian Blue Horizons” tədbirində deyib.
M.Babayev qeyd edib ki, COP29-un rəhbərliyi bütün tərəflərin mövqelərini dinləmək üçün dünyanın müxtəlif ölkələrində çoxsaylı görüşlər keçirib: “Biz noyabrda COP29-un uğurla keçirilməsi üçün bu qarşılıqlı əlaqəni davam etdirəcəyik”.
Oxşar xəbərlər
“Azərsu” rəsmisi: “COP29 yeni hədəflərin müəyyən edilməsi üçün əlverişli platformadır” - FOTO
Bu il Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP 29) keçirilməsi təcrübə mübadiləsinin genişləndirilməsi və...