MÜTDA övladı avtomatik I sinifə keçən valideynlərə müraciət edib
01
may
2025
16:31
30 aprel 2025-ci il tarixində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. Hansı valideyn avtomatik təyin edilmiş məktəb və müəllim seçimi ilə razılaşmasa, bu gündən etibarən sorğusunu ləğv edə bilər.
BAKU.WS xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib.
"Sorğunu dəyişmək istəyən valideynlər 6 may 15:00-dan etibarən digər məktəbi və müəllimi seçə bilərlər", - o qeyd edib.
Oxşar xəbərlər
Quba baha, Lənkəran münasib: Yeni il üçün istirahət QİYMƏTLƏRİ
"Azərbaycanda bayram günlərində iki gecə qalmaqla və Yeni il şənliyi daxil olmaqla, beş ulduz otellərin qiymətləri təxminən 1500-2500 manat arasında dəyişir". B...