Mutasiyaya uğramış COVİD-19 xəstəliyin ağırlıq dərəcəsində elə bir dəyişiklik yaratmayıb - TƏBİB
Yeniliklərdən dərhal xəbərdar olun
Xoşbəxtlikdən hələ indiyə qədər mutasiyaya uğramış COVİD-19 virusunun xəstəliyi törətməsində, xəstəliyin ağırlıq dərəcəsində elə bir dəyişiklik etdiyi müşahidə edilməyib.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda yalnız virusun yoluxma sürətinin artmasından danışılır:
“Təxminən bir həftədən sonra mutasiya olunmuş bu virus haqqında daha geniş məlumatlarımız olmağa başlayacaq. Çünki bu virusun xəstəliyin daha hansı xüsusiyyətlərinə təsir etməsi ilə bağlı dərin araşdırmalar aparılmağa başlanılıb. Araşdırmalara görə, hələ ki virusun digər xüsusiyyətlərində hər hansı bir dəyişiklik özünü göstərməyib”.
Oxşar xəbərlər
Azərbaycanda mutasiyaya uğramış virus qeydə alınsa hansı addımlar atılacaq? - AÇIQLAMA
"COVID-19-un mutasiyaya uğrayaraq yeni növünün yaranması təzə xəbərdir və hələ ki onun hansı problemlərə səbəb olacağı barədə dəqiq məlumat yoxdur, bunu zaman g...