Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri açıqlanıb
2025/2026-cı tədris ili üzrə musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri açıqlanıb.
Bu barədə BAKU.WS-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.
Namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər. Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər "MyCulture" şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər. ️
Oxşar xəbərlər
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət:...