Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral kilsəsində Pasxa bayramından FOTOREPORTAJ
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 11-dən 12-nə keçən gecə Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən pravoslav məbədlərində Pasxa bayramı münasibətilə xüsusi ibadətlər keçirilib.
Xristian dünyasının ən mühüm və müqəddəs bayramlarından biri hesab olunan Pasxa İsa Məsihin dirilməsini simvolizə edir.
Pasxa zamanı insanlar bir araya gələrək həm dini inanclarını ifadə edir, həm də mərhəmət, paylaşma və birlik kimi dəyərləri ön plana çəkirlər.
Paytaxtdakı Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı başda olmaqla digər pravoslav kilsələrində gecəyarısı keçirilən ayinlərə çoxsaylı inanclılar qatılıb.
İbadətlər zamanı şamlar yandırılıb, dualar oxunub və dini ayinlər icra olunub.
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında qeyd olunan Pasxa bayramından fotoreportajı təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...