Müğənni Hissdən uşaq evində birgə böyüdüyü şəhidimizlə bağlı paylaşım - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Hiss sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında şəhid Səbuhi Əhmədovla fotosunu paylaşıb. İfaçının şəkili illər əvvəl böyüdüyü SOS uşaq kəndində lentə alınıb.
Hiss "Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım!" sözlərini yazaraq Səbuhinin ölümünə görə dərin kədər hissi keçirdiyini ifadə edib.
Xatırladaq ki, Səbuhi Əhmədov ötən gün ermənilərin təxribatı nəticəsində şəhid olan 50 qəhrəmanımızdan biridir. SOS uşaq kəndində valideyn himayəsindən məhrum böyüyən şəhidimiz Bakıda, ikinci fəxri xiyabanda dəfn edilib.
Oxşar xəbərlər
Övladlığa götürmə ilə bağlı YENİLİK
DOST Agentliyində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin təqdimatı olub. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Əmək...