Müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin onlayn müsahibə mərhələsinin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin onlayn müsahibə mərhələsinin nəticələri açıqlanıb
Sosial 73

Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

BAKU.WS Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 14-24 dekabr tarixlərində keçirilən müsahibələrdə ümumilikdə 2197 nəfər iştirak edib. Onlardan 2061 namizəd uğur qazanaraq müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı əldə edib.

Qeyd edək ki, cari onlayn müsahibələr müsabiqənin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq edilən vakansiyalara işə qəbul olunmuş namizədlər üçün həyata keçirilib. Müddətli müqavilə əsasında çalışan digər şəxslər üçün növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə

Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə 700-ə yaxın vakant yer çıxarılacaq. Bütün regionlar üzrə vakant yerlər var. Ən çox boş qalan direktor yeri isə...

1178 Sosial 16:58 26 oktyabr 2018

Son xəbərlər