Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə noyabrın 2-dək dayandırılıb

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə noyabrın 2-dək dayandırılıb
Sosial 248

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, 19 oktyabr tarixdən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Bu səbəbdən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə əlavə yerləşdirmə noyabrın 2-dək dayandırılıb.

BAKU.WS Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsində faktiki yaşayış yerini və əlaqə nömrəsini düzgün qeyd etməmiş namizədlərin müraciətləri nəzərə alınaraq elektron ərizələrində dəyişiklik etmək imkanı yaradılacaqdır. Faktiki yaşayış yerini və əlaqə nömrəsini düzgün qeyd etməmiş namizədlər məlumatları aşağıdakı şəkildə İnsan resursları mərkəzinin elektron poçt ünvanına (irm@tipii.edu.az) göndərməlidirlər:

1. Ad, soyad, ata adı

2. Şəxsiyyəti təsdiq edən sənədin surəti

3. Fin kod

4. Əlaqə nömrəsi

5. Faktiki yaşadığı ünvan (şəhər/rayon, küçə və s.)

Müraciət üçün son tarix 22 oktyabr saat 23:59-dur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda bu tarixdən küçəyə çıxmağa yalnız SMS-lə icazə verəcəklər

Azərbaycanda bu tarixdən küçəyə çıxmağa yalnız SMS-lə icazə verəcəklər

Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqq...

37114 Sosial 20:30 02 aprel 2020

Son xəbərlər