Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır.
Bu barədə BAKU.WS-ə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Sabah saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
Nəzərinizə çatdırırıq ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 31 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Məlumat üçün qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Oxşar xəbərlər
MİQ üzrə müsabiqənin vakansiya seçimi başlayıb - YENİLƏNİB
Bu gün saat 11:00-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, namizədlər iyul...