"Müəllimlərə dedik, amma..." - Məktəbdə baş verən insidentlə bağlı şok İDDİA
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin hazırladığı videomaterialda məlumat verilib.
İddialara görə, şagirdlər arasında əvvəllər də münaqişələr olub. Xəsarət yetirən şagirdin yaranmış problemlə bağlı dəfələrlə müəllimlərə müraciət etməsinə baxmayaraq, məsələ öz həllini tapmayıb.
Hadisənin təfərrüatı ilə bağlı danışan məktəblilərdən birinin sözlərinə görə, insidentə səbəb şagirdin uzun müddət "sıxışdırılması" (bullinq) olub:
"Deyilənə görə, həmin şagirdi əsəbiləşdiriblər, o da buna cavab olaraq əvəz çıxmaq istəyib. Uşaqlar onu sıxışdırıblar. Hətta o, bu barədə məktəb rəhbərliyinə də məlumat vermişdi, lakin heç bir tədbir görülmədi".
Oxşar xəbərlər
Bakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. BAKU.WS xəbər verir ki, bu barədə Azə...