Müəllimlər məcburən 3-cü doza vaksin vurdurmalıdır? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Təhsil Nazirliyi müəllimlərin məcburi şəkildə koronavirus əleyhinə 3-cü doza vaksin vurdurmaları ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov belə məcburiyyətin olmadığını deyib.
Onun sözlərinə görə, təhsil işçilərinin vaksinasiya məsələsi hər zaman tövsiyə xarakterli olub: "Təhsil Nazirliyi müəllimlərə bir daha tövsiyə edir ki, koronavirusa qalib gəlmək üçün üçüncü doza vaksin vurdursunlar. Şüarımız odur ki, əyani tədrisin davamı üçün vaksinasiya yeganə yoldur".
Oxşar xəbərlər
Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq
Ali təhsilin ikinci səviyyəsini təşkil edən bakalavriat səviyyəsinin və ya onun ekvivalentinin təhsil proqramlarını tədris edən akademik heyət Ali Təhsil Kvalif...