Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: 3 fənn üzrə nəticələr elan edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, müsabiqənin vakansiya seçimi mərhələsində iştirak etmiş namizədlər şəxsi səhifələrinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.
10-13 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1599 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. Namizədlərin şəxsi səhifələrində müsahibələrin keçiriləcəyi tarix və məkan barədə məlumatlar qeyd olunub.
Qeyd edək ki, müsahibələrdə iştirak edəcək namizədlər üçün müsahibə mövzuları saytda yerləşdirilib.
Oxşar xəbərlər
Ali məktəblərə müsabiqə şərtləri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) 2021-2022-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə tələbə qəbulunun şərtlərini açıqlayıb. DİM-dən BAKU.WS-ə verilən məlumata g...