Müəllim işə düzəltmək adı ilə dələduzluq edən şəxsə 7 il 6 ay həbs verilib
Bakıda orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub və Zaur Mustafayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Vüsal Mehrəliyev məhkəməyə təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.
Qeyd edək ki, cinayət işində ümumi ziyanın miqdarı 200 min manatdan çox olub.
Təqsirləndirilən şəxs Zaur Mustafayev isə Bakı şəhərində 116 saylı orta məktəbdə müəllim işləyib.
Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
"Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər?
"Hazırda bizim küçədə altı-yeddi nəfər yağışsız havada evini satıb getmək üçün fürsət gözləyir. Mən özüm də şəxsən evimi satmaq niyyətindəyəm. Aldığım evin üzər...