Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib

Müdafiə Nazirliyinin (MN) rəhbərliyi martın 20-də Baş Klinik Hospitalda müalicə olunan hərbi qulluqçuları ziyarət edib.
Bu barədə BAKU.WS-ə MN-dən məlumat verilib.
Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb. Hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.
Sonra Hospitalın tibb işçiləri ilə görüşən müdafiə naziri onları bayram münasibətilə təbrik edib, burada müalicə və müayinə olunan hərbi qulluqçulara xüsusi həssaslıqla yanaşılması və daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
General-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Sonda müdafiə naziri Hospitalın ərazisində tibb xidmətinin balansında olan, müasir avadanlıqlarla təchiz edilmiş, ambulator xidmətlər üçün nəzərdə tutulmuş xüsusi avtomobillərlə tanış olub.
Oxşar xəbərlər
Bakıda qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq iri məbləğdə cərimələnib
Bakıda fəaliyyət göəstərən "Dr.Elnara" MMC-nin rəhbəri Elnarə Rzayeva kosmetoloji tibb fəaliyyəti üçün lisenziya almadan qanunsuz fəaliyyət göstərib. BAKU.WS Te...
