MSK beş partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkisində "Gələcək Azərbaycan", "Müsavat", "Azad Vətən", "Vəhdət" və "Ədalət" partiyalatının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçki təyin edilib.
Qalereya
Oxşar xəbərlər
Bu həftədən deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsinə başlanılır
Bu həftədən nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsinə başlanılır. BAKU.WS xəbər verir ki,...