MİQ müsabiqəsinin müsahibə mərhələsində 2307 nəfər iştirak edib
Yeniliklərdən dərhal xəbərdar olun
2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsi davam edir.
BAKU.WS Təhsil Nazirliyinə istinadən xəbər verir ki, fevralın 5-dən start verilən müsahibələrdə bugünədək 2307 nəfər iştirak edib.
Fevralın 18-də yekunlaşdırılması nəzərdə tutulan müsahibə prosesində indiyədək olan iştirak nisbəti 98,9 faizdir. Müsahibə mərhələsinə ümumilkdə 2948 nəfər dəvət olunub.
Qeyd edək ki, "Microsoft Teams" platforması üzərindən təşkil edilən müsahibələrdə müsahibə komissiyası kimi yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlar iştirak edir.
Qalereya
Oxşar xəbərlər
Məktəb direktoru olmaq istəyənlərin nəzərinə
Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə 700-ə yaxın vakant yer çıxarılacaq. Bütün regionlar üzrə vakant yerlər var. Ən çox boş qalan direktor yeri isə...