Məktəblərdə cinsi tərbiyə dərsinin geniş tətbiqinə başlanılır - VİDEO
22
okt
2018
08:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Üç ildir pilot layihə kimi orta məktəblərdə keçirilən cinsi tərbiyə dərsinin bu ildən ölkə üzrə tam tətbiqinə başlanacaq. Məqsəd demoqrafik vəziyyəti qorumaq, infeksyon xəstəliklərin qarşısını almaq üçün reproduktiv sağlamlıq haqqında gənclərin biliklərinin artırılmasına nail olmaqdır.Səhiyyə Nazirliynin İctimai Səhiyyə və İslahatlar Məkəzinin Səhiyyə siyasəti və islahatlar şöbəsinin nümayəndəsi Nabil Seyidov hesab edir ki, bu dərsin tədrisinə ciddi ehtiyac var.Nabil Seyidovun sözlərinə görə, reproduktiv sağlamlıq üzrə xüsusi təlimlər gənclərin düzgün, mənəvi və sağlam formalaşmasında əhəmiyyətli rol oynayacaq. Tədris vəsaitini "Biologiya" və "Həyat bilgisi" müəllimləri tədris edəcək. 6-cı sinifdən başlayaraq tədris olunan reproduktiv sağlamlıq haqqında dərsə ümumilikdə 8 saat ayrılıb. Vətəndaşlar da cinsi tərbiyə dərslinin tədrisinin şagirdlərə faydası olacağını düşünürlər. Kitab yoxlanılması və tədrisi üçün Təhsil Nazirliyinə təqdim olunub. Dərsliyin hazırlanmasında nazirliyin məsləhətçiləri, ekspertləri və Səhiyyə Nazirliyinin məsləhətçiləri - pediatr, psixoloq və ginekoloqlar iştirak ediblər. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Mədəniyyət naziri Azərbaycan xalqına müraciət edib
"Dünyada qloballaşma gedir. Rep kimi dünyanın müasir musiqiləri hər tərəfdən gənclərimizin beyninə daxil olur”.BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu...