Minlərlə manat ödəndi, sənəd verilmədi - MTK ilə sakinlər üz-üzə
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalan şəhəri, "Abşeron City" Mənzil-Tikinti Kooperativinin yaşayış kompleksində yaşayan sakinlər bildirirlər ki, illər əvvəl yüksək məbləğdə pul ödəyərək ev alıblar.
Onlara çıxarışların tezliklə veriləcəyi bildirilsə də, bu günə qədər hələ də həmin sənədlər təqdim olunmayıb.
"Sahib olduğum evi 2019-cu ildən kreditlə almışam. Bütün ödənişi tamamladıqdan sonra dedilər ki, çıxarış verəcəklər, amma hələ də verməyiblər. Dəfələrlə müraciət etmişik, dəqiq cavab ala bilmirik", - sakinlərdən biri Baku TV-yə bildirib.
Başqa bir sakin isə belə deyib: "Gəncədəki evi satıb buraya gəldik, indi qalmışıq ortalıqda. Qeydiyyatda olmasam da, bütün ödənişlərimi vaxtında edirəm".
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, hər bir Mənzil-Tikinti Kooperativinin (MTK) alıcıları qarşısında müəyyən öhdəlikləri var. Bu öhdəliklərdən biri də alıcıların müvafiq sənədlərlə təmin edilməsidir. Əgər MTK sakinləri lazımi sənədlərlə təmin etmirsə, onlar məhkəməyə müraciət edə bilərlər.
İcra Hakimiyyəti də bu məsələdə hüquqi yardım göstərməyə hazır olduğunu bildirib.
Oxşar xəbərlər
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. BAKU.WS report-a istinadən xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq...