Mina partlaması nəticəsində həlak olan icra nümayəndəsi dəfn edilib - YENİLƏNİB -FOTO
Kəlbəcər rayon Susuzluq kənd icra nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu bu gün Göygöl rayonunda son mənzilə yola salınıb.
BAKU.WS xəbər verir ki, Arif Əliyev Göygöl rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
*** 11:11
Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində bir qrup media nümayəndələri ilə birlikdə minaya düşərək dünyasını dəyişən Kəlbəcər rayon Susuzluq kənd icra nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu bu gün Göygöl rayonunda son mənzilə yola salınır.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, mərhumla Göygöl rayonunda məskunlaşdığı Xasa Bağı qəsəbəsindəki evində vida mərasimi keçirilir.
Vida mərasimində mərhumun yaxınları ilə yanaşı Kəlbəcər rayon İcra Hakimiyyəti Aparatının rəsmiləri iştirak edir.
Arif Əliyev Göygöl rayon Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Məlumat üçün bildirək ki, Arif Əliyev ailəli və 3 uşaq atasıdır. Hadisə zamanı Arif Əliyevlə bərabər AZTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov da həyatını itirib, daha 4 nəfər isə yaralanıb.
Qalereya
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...