Milli Qurtuluş və bazar günləri marşrut xətlərinin işləyib-işləməyəcəyi məsələsinə aydınlıq gəldi

Milli Qurtuluş və bazar günləri marşrut xətlərinin işləyib-işləməyəcəyi məsələsinə aydınlıq gəldi
Sosial 1385

15 İyun Milli Qurtuluş günü qeyri-iş günü və 20 iyun bazar günü olmasına baxmayaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq", - məlumatda deyilir.

Oxşar xəbərlər

Son xəbərlər