Milli Məclisin deputatları və Aparatının işçiləri vaksinasiya olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Nazirlər Kabineti yanında Operativ Qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq, dövlət qulluqçularının və deputatların vaksinasiyası həyata keçiriləcək”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
“Nazirlər Kabineti yanında Operativ Qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq, Azərbaycanda vaksinasiya prosesi həyata keçirilir. Bildiyiniz kimi, ilk növbədə tibb işçilərinin, daha sonra isə hüquq mühafizə orqanlarının əməkdaşlarının və digər şəxslərin vaksinasiyası həyata keçiriləcək.
Burada əsasən, təhlükəsizlik və yoluxma ehtimalı daha çox olanlar nəzərə alınır. Bunun üçün deputat, tibb işçisi olmaq önəmli deyil. Qrafikə uyğun olaraq Milli Məclisin deputatları, o cümlədən Milli Məclis Aparatının işçiləri də vaksinasiyadan keçəcəklər”, - komitə sədri bildirib.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...