Milli Məclisdə qazilərə verilən müavinətlərin məbləğinin artırılması təklif edilib

Milli Məclisdə qazilərə verilən müavinətlərin məbləğinin artırılması təklif edilib
Sosial 160

“Qazilərin də, heç olmasa, “bir abbası”larını verin”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 13-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, qazilərə verilən müavinətlərin məbləğinin artırılması məqsədəuyğun olardı:

“Həmişə müdafiə etdiyim qazilərin “bir abbası”sının verilməsini xahiş edirəm. İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Qaziləri bununla sevindirmək olar. Bununla onların rifah halını yaxşılaşdırmaq olar”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər