Milli Məclisdə Bakı-Sumqayıt yolunun təmirə dayandırılması məsələsi qaldırılıb

29
iyn
2018
14:53
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında Bakı-Sumqayıt yolunun təmirə dayandırılması məsələsi müzakirə olunub.BAKU.WS “report”a istinadən xəbər verir ki, deputat Fəzail Ağamalı deyib ki, hazırda təmir gedən yol 4 il öncə çəkilib: “Deyirlər ki, orada çatlar var. Tam məsuliyyətimlə deyirəm ki, o yolda çat yox idi. Hər gün o yoldan istifadə edirəm. Orada təmir işlərinin getməsi insanları narahat edir”.Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, ölkədə yüksək səviyyəli yollar çəkilir: “Mən Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşayıram. Bu əziyyətləri mən də çəkirəm. O yollar genişləndirilməlidir, bunun üçün də yol kənarındakı bəzi evlər sökülməlidir. Bütün bu məsələlər zamanla həll edilir”.BAKU.WS
Oxşar xəbərlər
Milli Məclisdə Elmar Məmmədyarovun istefası tələb olundu
Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun istefası tələb olunub.BAKU.WS saytı Ölkə.Az-ın məlumatına...
