Millət vəkili: “Qanun qarşısında hamı bərabərdir, heç kim qanundan üstün deyil”
Yeniliklərdən dərhal xəbərdar olun
Karantin rejiminin tələblərini pozaraq toy və yas mərasimləri keçirən hər kəsin, xüsusən vəzifəli şəxslərin hərəkətləri qətiyyən qəbul edilə bilməz və onlar qanun qarşısında cavab verməlidirlər.
BAKU.WS-in məlumatına görə, bunu millət vəkili Musa Qasımlı deyib.
M. Qasımlı bildirib ki, dövlətimizin qanunları qarşısında hamı bərabərdir və heç kim qanundan üstün deyil: “Sərt qanuni ölçülər götürülməsə, dövlət siyasətinin üstünə kölgə düşər, xalq və dövlət hakimiyyəti arasında olan bağlar zəifləyər. Xalqın dövlət hakimiyyətinə olan inamını bilərəkdən və ya bilməyərəkdən sarsıtmaq cəhdlərinin qarşısı qəti şəkildə alınmalıdır. Burada mövqe birmənalı, konkret və aydın olmalıdır”.
Oxşar xəbərlər
İlham Əliyev Balakəndə “ASAN xidmət” mərkəzinin açılışını edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, Prezi...