Mikayıl Cabbarov 3 fərqli nazirlikdə nazir postunda - DOSYE

Mikayıl Cabbarov 3 fərqli nazirlikdə nazir postunda - DOSYE
Sosial 2205
Bu gün Mikayıl Cabbarov Vergilər naziri vəzifəsindən azad edilərək İqtisadiyyat naziri təyin edilib.BAKU.WS xəbər verir ki, bu, artıq 43 yaşlı Mikayıl Cabbarova 3 fərqli nazirlikdə nazir postunda etimaddır.Belə ki, Cabbarov bundan öncə Təhsil naziri (2013-2017) və Vergilər naziri (2017-2019) postunda çalışıb.İqtisadiyyat Nazirliyi isə onun üçün yad bir sahə deyil. Belə ki, o, 2004-2009 Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsində çalışıb.O həmçinin 2009-2013-cü illərdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi postunda da olub. 2015-ci ildən Azərbaycan Badminton Federasiyasının, 2017-ci ildən etibarən isə Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifələrini də icra edir.M.Cabbarovun dosyesini təqdim edirik:Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. Evlidir, 2 övladı var.1992-1997-ci illər - Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.1997-1998-ci illər - ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb.2004-cü il - Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür.2003-2004-cü illər - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.Onun rəhbərliyi altında görülən işlər:"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi kimi2010-cu il 8 noyabr – Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”ı təsdiq edilib.2010-2012-ci illər - Ölkə və dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası işləri həyata keçirilib:- Orta əsrlər abidəsi olan Kiçik Karvansarayda bərpa-konservasiya işləri aparılıb;- Dünya əhəmiyyətli memarlıq abidəsi olan "Məhəmməd məscidi" tam bərpa edilib;- "Bazar Meydanı"nda (Sıratağlı dini-memarlıq kompleksi) təmir-bərpa işləri aparılıb;- Qala divarının böyük hissəsi bərpa edilib və ətrafı abadlaşdırılıb. XX əsrin əvvəllərində uçurulmuş 15-ci bürc yeri dəqiq müəyyən edilərək rekonstruksiya edilib.2012-ci il – UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş "Qız qalası"nda elmi-tədqiqat və bərpa işləri davam etdirilib. Abidənin fasad hissəsinin 75 faizi konservasiya olunub.Təhsil naziri kimi2013-2017-ci illər – Bakı şəhərində birinci siniflərə qəbul prosesi tam elektronlaşdırılıb.2014-2015-ci illər - 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində SABAH qrupları yaradılıb.2014-2017-ci illər - Ölkə üzrə ümumilikdə 140.000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib.2016-cı il - Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrinin birindən digərinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə https://transfer.edu.az/ xüsusi elektron sistemi istifadəyə verilib.2016-2017-ci illər - Modul tipli məktəblərin inşası genişləndirilib. 2017-ci ildə respublikanın 40 rayonunda təqribən 5.000 şagirdi əhatə edən modul tipli 100 məktəb binası inşa olunub.2016-2017-ci illər - Ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında 5 yaşlı uşaqların dövlət büdcəsi hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb.2016-cı il 20 aprel - Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb.Vergilər naziri kimi2018 – ci il 2 may – Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.2018-ci ildə vergi sistemində idarəetmə prinsiplərinin yenidən təşkili və vergi inzibatçılığının təkmilləşdirilməsi, şəffaflığın təmin edilməsi, vergiödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi ilə bağlı əhatəli tədbirlər həyata keçirilib.2019-cu il 1 yanvar – Hüquqi şəxslərin dövlət qeydiyyatının cəmi 1 prosedurla 20 dəqiqə ərzində həyata keçirilməsinə başlanılıb.2019 – cu il 23 fevral – Vətəndaşların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumatın alınması üçün yeni elektron xidmət istifadəyə verilib.2019-cu il 3 may – Azərbaycanda Vergi Ombudsmanı institutu fəaliyyətə başlayıb.2019-cu il – Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə başlanıb.2019-cu il 19 iyul – Kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihəyə start verilib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər