Metronun tikilməkdə olan yeni stansiyası ilə bağlı DETALLAR
Hazırda Bənövşəyi xəttin layihə adı "B-04" olan stansiyasında havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində işlər aparılır.
Bu BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirilib.
"Hazırda Bənövşəyi xəttin layihə adı "B-04" olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir. Bununla yanaşı, hazırda əsas təchizat məsələləri, infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər davam edir. İnşaat işlərinin 2026-cı il ərzində yekunlaşdırılması nəzərdə tutulur", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına əsasən, 6-sı Bənövşəyi, 4-ü isə Yaşıl xəttin üzərində olmaqla 10 stansiyanın tikintisi nəzərdə tutulub.
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycanda 47 kişi zorakılığa məruz qalıb - Rəsmi
2026-cı ilin ilk altı ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı ümumilikdə 292 müraciət daxil olub. BAKU.WS...