Metronun “Həzi Aslanov” stansiyasının tavanından su sızır

Metronun “Həzi Aslanov” stansiyasının tavanından su sızır
Sosial 728
Bakıda metronun “Həzi Aslanov” stansiyasının tunelinin tavan hissəsindən su sığmağa başlayıb.Məsələ ilə bağlı sayta açıqlama verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, su sızmasına səbəb ərazidən keçən su xəttində baş verən nasazlıqdır: “Hadisə ilə bağlı dərhal “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məlumat verilib. “Azərsu” əraziyə qəza xidmətini göndərib. Hazırda problem aradan qaldırılır”.B.Məmmədov bildirib ki, tuneldəki su sızması metronun işinə mane olmur: “Nə sərnişin axınında, nə də qatarların hərəkətində problem yoxdur”.

Oxşar xəbərlər

Bakı metrosunda problem – Sakinlər təxliyyə olundu

Bakı metrosunda problem – Sakinlər təxliyyə olundu

Bakı metrosunda yenə də problem yaranıb.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, metronun “İçərişəhər” stansiyasında qatar işləməyi...

925 Hadisə 11:36 14 fevral 2019

Son xəbərlər