Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR - Yeni qatarlar... - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Metropoliteni daha 4 qatar alıb. Yay aylarında 4 qatar tərkibi olan 20 yeni vaqon xəttə buraxılacaq. Bununla da metropoliten xəttində yeni qatarların sayı 23-ə çatdırılacaq.
BAKU.WS xəbər verir ki, bundan başqa stansiyalardakı istismar müddətini başa vuran havalandırma qurğuları da yenilənib.
Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Xəzər Xəbər"ə deyib ki, artıq yeni qatarlar sifariş verilib.
Metropoliteninin Elektromexaniki xidmətinin rəisi Nüsrət İbrahimov isə deyib ki, metropolitendə mikroiqlim şəraiti müasir tələblərin səviyyəsinə qaldırılır. Artıq istismar müddətini başa vuran havalandırma qurğuları yenilənib-deyə xidmət rəisi bildirib.
2022-ci ildə Bakı metropolitenində daha 6 yeni güclü ventilyator alınaraq Qırmızı xəttin "Qara Qarayev-Neftçilər", "Əhmədli-Həzi Aslanov" mənzillərində, həmçinin Yaşıl xəttin "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının aidiyyəti sahələrində quraşdırılacaq deyə xidmət rəisi qeyd edib.
Oxşar xəbərlər
Bakı metrosunun fəaliyyətə başlamasından 54 il ötür
Bu gün Bakıda metronun işə düşməsindən 54 il ötür. BAKU.WS "report"a istinadən xəbər verir ki, "Bakı Metropoliteni" QSC bununla bağlı açıqlama yayıb. Açıqlamada...