Metroda nə qədər yol getsən, o qədər ödəyəcəksən - AÇIQLAMA
Hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir. Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər.
BAKU.WS xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli Marja.az-a müsahibəsində tarif dəyişiklikləri haqqında danışarkən bildirib.
Departament rəhbəri qeyd edib ki, tarif dəyişikliyinin əsas məqsədi gəlirləri artırmaqdan daha çox, xidmətin təhlükəsizliyini, etibarlılığını və dayanıqlılığını təmin etməkdir:
"Yeni tarif çərçivəsində işarəvermə və enerji sistemlərinin təkmilləşdirilməsi, hərəkət qrafikinin daha sabit və çevik qurulması, intervalın azaldılması, o cümlədən 34 cüt qatarla istismar imkanlarının genişləndirilməsi və stansiyalarda xidmət keyfiyyətinin yüksəldilməsi kimi istiqamətlər prioritet təşkil edir. Görülən işlərin nəticələri növbəti maliyyə və fəaliyyət hesabatlarında əksini tapacaq".
Oxşar xəbərlər
Apteklərdə Dimedrol niyə satılmır? - Çoxsaylı narazılıqlarla bağlı RƏSMİ AÇIQLAMA
Son günlər apteklərdən Dimedrol preparatının almaq istəyən vətəndaşlar problemlə üzləşiblər. BAKU.WS-in "qaynar xətti"nə müraciət edən sakinlər bildirib ki, bəz...