Metroda intiharların qarşısını necə almaq olar? Bakı Metropolitenindən RƏSMİ CAVAB

Metroda intiharların qarşısını necə almaq olar? Bakı Metropolitenindən RƏSMİ CAVAB
Sosial 2434
İnsanların özünü metro qatarlarının altına atması artıq ilk hadisə deyil. Dəfələrlə Bakı Metropolitenində belə faciələr yaşanıb. Bəzən intihara cəhd edən şəxs sağ qalsa belə, qatar maşinistinin, sərnişinlərin həyəcanını, yaşadığı stressi yaddan çıxarmaq olmaz. Lakin bu hadisələrin, ölümlərin qarşısını almağın çox asan yolu var. Məsələn Dubayda, platformada dayanan insanlar qatar yolunu görmür.
Metroda intiharların qarşısını necə almaq olar? Bakı Metropolitenindən RƏSMİ CAVAB
Qarşılarında xüsusi maneə var, qatar gəlib düz yerində saxlayır və eyni vaxtda həm qatarın qapısı, həm də maneənin qapısı açılır. Burada heç bir halda nə qatar insanı vura biləcək, nə də özünü öldürmək istəyən şəxs özünü qatarın altına atacaq.
Metroda intiharların qarşısını necə almaq olar? Bakı Metropolitenindən RƏSMİ CAVAB
Əslində bu maneəni yaratmaq olduqca asandır. Yəqin ki, Metropoliten rəhbərliyi də artıq bu barədə düşünməlidir. “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU-WS-ə açıqlamasında bunun mümkünsüz olduğunu deyib:"Bilirsiz Dubayda bir neçə il əvvəl metronun layihəsi inşa olunub. Metronun planında bu maneələr artıq planlaşdırılıb. Bu, çox mürəkkəb mexanizmdir və stansiya layihələrində nəzərdə tutulmalıdır. Bizim stansiyalar 60-70-ci illərdə tikilib, o vaxt belə bir texnologiya olmayıb. Hal-hazırda dünyanın əksər metrostansiyalarında dediyiniz mexanizm yoxdur.
Metroda intiharların qarşısını necə almaq olar? Bakı Metropolitenindən RƏSMİ CAVAB
Metroda intihar hadisələri ilə mübarizə üçün hər hansı işlərin görülməsi nəzərdə tutulmur. Gün ərzində metrodan 700 min insan istifadə edir, hər adama bir nəfər ayırıb, yaxud hər kəs üçün hasar inşa edə bilmərik. İnsanın intihar üçün seçdiyi yeri öncədən müəyyənləşdirmək çox çətindir. O, metroda buna nail olmasa, gedib başqa yerdə edər. İnsanları maarifləndirib intihardan vaz keçirmək lazımdır".TuncayBAKU.WS

Oxşar xəbərlər

Bakı metrosunda təhlükə - VİDEO

Bakı metrosunda təhlükə - VİDEO

Ötən gün "Qarabağ”-"Çelsi” oyunundan dönən azərkeşlər metroda həyəcanlı anlar yaşayıblar. Belə ki, Bakı metrosunda nasazlıq baş verib. BAKU.WS xəbər verir ki,...

6041 Hadisə 23:37 23 noyabr 2017

Son xəbərlər