Metroda birinci vaqondakı sərnişinlərə xoş xəbər: Maşinistlər də çəkməyəcək
22
fev
2018
15:43
Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı yeni qəbul edilmiş Azərbaycan Respublikasının qanununun icrası Bakı metropolitenində xüsusi nəzarətə götürülüb və bununla bağlı ciddi tədbirlər görülür."Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə bildirib ki, 2017-ci il dekabrın 1-dən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Həmçinin həmin Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2017-ci il dekabrın 29-da Fərman imzalayıb.Qanunun icrasına ciddi əməl olunması məqsədilə “Bakı Metropoliteni” QSC-nin müvafiq struktur rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Müşavirədə qanunun tələbləri, onun təfsiri və metropoliten obyektlərinə şamil olunması ilə bağlı geniş müzakirələr aparılıb və izahat verilib.Qanunun tələblərindən irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə müşavirənin yekunlarına uyğun olaraq, “Bakı Metropoliteni” QSC-nin sədri müvafiq əmr imzalayıb. Qeyd edək ki, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda siqaret və elektron siqaretdən istifadə buna qədər də qadağan edilmişdi. 2012-ci il iyunun 29-da qəbul edilmiş "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda qaydaya əməl etməyənlərlə bağlı müvafiq qaydada cərimələr də nəzərdə tutulub. Lakin "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanuna uyğun olaraq, “Bakı Metropoliteni” QSC-yə məxsus inzibati binalarda və onların həyətlərində, hətta "Nərimanov" elektrik deposu ərazisində və tikinti obyektlərində olan açıq sahələrdə tütün məmulatlarından, o cümlədən qanunun tələblərinə müvafiq olaraq, ona bərabər tutulan yerlərdə siqaret və elektron siqaretdən istifadə qadağan olunub. Tütün məhsullarından yalnız razılaşdırılaraq xüsusi ayrılmış və müvafiq nişanı olan yerlərdə istifadə etməyə icazə verilir.Bundan başqa, metropoliten stansiyalarında və keçidlərdə, tunellərdə, eskalatorların maşın zallarında xüsusi ayrılmış və razılaşdırılmış yerlərdən başqa, hər hansısa xidməti sahədə, o cümlədən maşinist kabinasında da tütün məmulatlarından istifadə qəti qadağan edilib."Bakı Metropoliteni" QSC sədrinin əmrinə əsasən, bununla əlaqədar yerlərdə maarifləndirmə işləri aparılmalı, tövsiyələr verilməlidir. Əmrdə qanunun tələblərinə riayət olunması məqsədilə struktur rəhbərlərinə ciddi tədbirlərin görülməsi tapşırılıb və bunun üçün məsul qurumlar və şəxslər müəyyən edilib.BAKU.WS
Oxşar xəbərlər
MTRŞ efirlərdə siqaret çəkilməsi səhnələrinə yer verilməsinə münasibət bildirib
Televiziyaların efirində siqaret çəkilməsi ilə bağlı məsələ Milli Televiziya və Radio Şurasının (MTRŞ) həyata keçirdiyi monitorinqlərin predmetidir.Bu barədə "R...