Məşhur karikaturaçı "qaz vermə" səsi ilə animasiya hazırladı
Məşhur müstəqil karikaturaçı Hamid Sahari Avropa futbol liqalarında çempionluq uğrunda gərgin mübarizəni əks etdirən yeni animasiyalı karikatura təqdim edib.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan videoda İspaniyanın "Atletiko Madrid" klubunun simvolik avtobusu canlandırılıb.
Avtobusu idarə edənlər komandanın futbolçuları və məşqçilərini təmsil edir. Maraqlısı odur ki, bu animasiyada Azərbaycan dilində "qaz vermə" səsləndirməsindən istifadə olunub. Bu, sosial mediada azərbaycanlı istifadəçilər arasında da böyük maraq doğurub.
Karikaturaçı paylaşımında "Avropa liqalarında çempionluq uğrunda mübarizənin vəziyyəti!" başlığından istifadə edib.
Hamid Sahari aktual idman mövzularını yumoristik və yaradıcı şəkildə təqdim edən animasiyaları ilə tanınır.
Oxşar xəbərlər
Füzuli İcra Hakimiyyəti başçısının müavini və qızı vəzifədən azad edildi
Həyat yoldaşı Habil Eyvazovun sərxoş halda "TikTok"da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsinə görə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiy...